Nazir müavini: Qırğızıstan iqlimə davamlı inkişaf modellərinə keçidi sürətləndirməyə sadiqdir

Nazir müavini: Qırğızıstan iqlimə davamlı inkişaf modellərinə keçidi sürətləndirməyə sadiqdir İqlim dəyişikliyi bütün səviyyələrdə təcili birgə fəaliyyət tələb edən çağırışlarla üzləşən bəşəriyyət üçün ən ciddi təhdidlərdən biridir.
COP29
3 Sentyabr , 2024 11:45
Nazir müavini: Qırğızıstan iqlimə davamlı inkişaf modellərinə keçidi sürətləndirməyə sadiqdir

İqlim dəyişikliyi bütün səviyyələrdə təcili birgə fəaliyyət tələb edən çağırışlarla üzləşən bəşəriyyət üçün ən ciddi təhdidlərdən biridir.

“Report” xəbər verir ki, bunu Qırğızıstanın ekologiya nazirinin müavini Asel Raimkulova Bakıda keçirilən “Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) ümumi iştirak vasitəsilə iqlim məsələlərinin şəffaflığının artırılması” adlı yüksək səviyyəli dialoq zamanı deyib.

"Bizim səylərimizin şəffaf, etibarlı və düzgün məlumatlara əsaslanması vacibdir", – o bildirib.

Nazir müavini qeyd edib ki, dünyanın iqlim dəyişikliyinə həssas dağlıq ölkələrindən biri olan Qırğızıstan iqlim dəyişikliyi ilə mübarizəyə və iqlimə davamlı, aşağı karbonlu inkişaf modellərinə keçidin sürətləndirilməsinə sadiq qalır.

“Hazırda biz potensialın artırılması, beynəlxalq səviyyədə tanınmış standartlara uyğun olaraq Paris Sazişi çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyətin şəffaflığının təmin edilməsi təşəbbüsünü həyata keçirməyi planlaşdırırıq”, - A.Raimkulova əlavə edib.

Son xəbərlər

Orphus sistemi