İtki və Zərərə Cavab Fondu inkişaf etməkdə olan ölkələrə yardım göstərməyə hazırlaşır

İtki və Zərərə Cavab Fondu inkişaf etməkdə olan ölkələrə yardım göstərməyə hazırlaşır 2025-ci ildə İtki və Zərərə Cavab Fondu inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı göstərəcək.
COP29
12 Noyabr , 2024 17:45
İtki və Zərərə Cavab Fondu inkişaf etməkdə olan ölkələrə yardım göstərməyə hazırlaşır

2025-ci ildə İtki və Zərərə Cavab Fondu inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı göstərəcək.

"Report" xəbər verir ki, bununla bağlı noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 3 sənəd imzalanıb.

Birinci sənəd Fondun qərargahının yerləşdiyi Flippinlə, ikinci sənəd Dünya Bankı ilə, üçüncü sənəd isə donor ölkələrlə imzalanıb. Belə ki, bunlar, “Filippin və Fondun İdarə Heyəti arasında İtki və Zərərlərə cavab vermək üçün Ev Sazişi”, "Dünya Bankının baş icraçı direktoru və İdarə Heyətinin həmsədrləri arasında İtki və Zərərin aradan qaldırılması üçün Fondun katibliyinin yerləşdirilməsi haqqında Saziş” və "Dünya Bankı və İdarə Heyəti arasında İtkilərə və Zərərlərin Aradan Qaldırılması Fondunun idarə edilməsinin şərtləri və şərtləri haqqında Qəyyumluq Sazişi”dir.

Fondun 2025-ci ildən inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi göstərməsi üçün institusionallaşma işləri başa çatıb. İsveç Fonda 19,2 milyon ABŞ dolları vəsait köçürüb.

Son xəbərlər

Orphus sistemi