IMF: IV Maddə üzrə məsləhətləşmələrdə iqlimlə bağlı qiymətləndirmədə aparılacaq

IMF: IV Maddə üzrə məsləhətləşmələrdə iqlimlə bağlı qiymətləndirmədə aparılacaq Qlobal iqlim dəyişikliyi iqtisadi və maliyyə sabitliyi üçün əsas təhlükələrdən biridir.
COP29
15 Noyabr , 2024 15:40
IMF: IV Maddə üzrə məsləhətləşmələrdə iqlimlə bağlı qiymətləndirmədə aparılacaq

Qlobal iqlim dəyişikliyi iqtisadi və maliyyə sabitliyi üçün əsas təhlükələrdən biridir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) nümayəndəsi Alessandra Alfieri COP29 çərçivəsində keçirilən “Xalis sıfır tərəqqinin qlobal görüntüsü: 2024 dairəvi karbon iqtisadiyyatı indeksindən anlayışlar” tədbirində çıxışı zamanı bildirib.

A.Alfieri qeyd edib ki, IMF iqlim məsələlərini fəaliyyətinin, müşahidə və analitik işinin əsas istiqamətlərindən biri kimi qəbul edir:

“Bu səbəbdən hazırda ölkələrin iqtisadi və maliyyə vəziyyətinin qiymətləndirilməsini təmin edən IV Maddə üzrə məsləhətləşmələrində Valyuta Fondu iqlimlə bağlı məsələləri də nəzərə alır. İqlim dəyişikliyi ilə bağlı dərin araşdırmalar aparılır, çünki müqayisə edilə bilən məlumatlara tələbat artmaqdadır. Biz ölkələrin iqtisadi və maliyyə vəziyyətini əks etdirən qrafiklər və indikatorlar hazırlayır, həmçinin iqlim siyasətlərini inkişaf etdirmək üçün ölkələrə dəstək veririk”.

O bildirib ki, IMF hazırda 10 ölkədə ətraf mühit və iqlim dəyişikliyi statistikası proqramı üzərində işləyir: “Əsas diqqət enerji sektorunun inkişafına, həmçinin enerji və hava emissiyalarına dair məlumatların iqtisadi fəaliyyətlərlə əlaqələndirilməsinə yönəlib. Bundan başqa, fiziki və keçid risklərinin ölçülməsinə artan diqqət ayrılır. Bir çox ölkələr maliyyə sisteminə təsir göstərən daşqınlar və digər təbii fəlakətlərin yaratdığı təhlükələrlə üzləşir”.

Son xəbərlər

Orphus sistemi