Gənc liderlər COP16-dan qlobal gözləntiləri və ekoloji problemlərin həllində iştirakı müzakirə ediblər

Gənc liderlər COP16-dan qlobal gözləntiləri və ekoloji problemlərin həllində iştirakı müzakirə ediblər Gənclər təşkilatlarının liderləri ekoloji problemlərə dair qərarların qəbul edilməsi proseslərində inklüziv iştirakın vacibliyini vurğulayıb və gənclərin davamlı inkişafdakı imkanlarının artırılması üçün təhsil, hesabatlılıq və əməkdaşlığın vacibliyini vu
COP29
28 Noyabr , 2024 17:38
Gənc liderlər COP16-dan qlobal gözləntiləri və ekoloji problemlərin həllində iştirakı müzakirə ediblər

Gənclər təşkilatlarının liderləri ekoloji problemlərə dair qərarların qəbul edilməsi proseslərində inklüziv iştirakın vacibliyini vurğulayıbalr. Gənclərin davamlı inkişafdakı imkanlarının artırılması üçün təhsil, hesabatlılıq və əməkdaşlığın vacibliyi qeyd olunub, BMT-nin Səhralaşma üzrə Tərəflər Konfransından (COP16) gözləntiləri açıqlanıb.

"COP16: Gənclərin qlobal gözləntiləri və imkanları" mövzusunda vebinar Şahzadə Sultan Universitetinin Dayanıqlılıq və İqlim üzrə Mərkəzi, BMT İnkişaf Proqramı - Səudiyyə Ərəbistanı və Vision for Sustainable Africa (VSA) tərəfindən “Report” İnformasiya Agentliyi və digər təşkilatların dəstəyi ilə təşkil edilib.

Sessiyanın moderatoru Vision for Sustainable Africa və Dayanıqlılıq və İqlim üzrə Mərkəzin rəhbəri professor Məhəmməd Nurunnabi olub, müzakirələrdə müxtəlif ölkələrdən gənc liderlər iştirak ediblər: Linda Haddad (UNDP), Lidiya Ester Aviles (AELSTONE, Belçika), Tommi Tomas (VSA, Sierra Leone), Delmu İris Ramires (NoHarm, ABŞ) və başqaları.

Professor Nurunnabi vurğulayıb ki, dünya üzrə 15-24 yaş arasında olan 1,2 milyard gənc iqlim dəyişikliyi ilə mübarizədə aparıcı rol oynayır və davamlı gələcək qurmaq üçün qərarların qəbulunda fəal iştirak etməlidir.

Gənc liderlər həmçinin davamlı təcrübələr üçün texnologiyaların istifadəsinin və təhsil vasitəsilə hüquq və imkanların genişləndirilməsinin vacibliyini vurğulayıblar. Onlar gələcək nəsillərin ehtiyaclarını əks etdirən həllərin hazırlanmasında bütün cinslərdən olan gənclərin bərabər iştirakına çağırıblar.

Tədbir BMT-nin Qlobal Sazişi (UNGC), BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyası (UNCCD), UNESCO, Oxford Impact Group və FBN ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Son xəbərlər

Orphus sistemi