Fransanın energetika naziri: Praqmatik iqlim maliyyəsi yaratmağa ümid edirik

Fransanın energetika naziri: Praqmatik iqlim maliyyəsi yaratmağa ümid edirik İqlim böhranı bütün dünyada, xüsusən də ən həssas ölkələr və cəmiyyətlərdə insanların həyatına mənfi təsir göstərir. Buna görə də, Yeni Kollektiv Kəmiyyət Məqsədləri (NCQGs) üzərində danışıqlar apararkən, iqlim maliyyəsinin praqmatik gələcəyini formalaşdı
COP29
11 Oktyabr , 2024 13:44
Fransanın energetika naziri: Praqmatik iqlim maliyyəsi yaratmağa ümid edirik

İqlim böhranı bütün dünyada, xüsusən də ən həssas ölkələr və cəmiyyətlərdə insanların həyatına mənfi təsir göstərir. Buna görə də, Yeni Kollektiv Kəmiyyət Məqsədləri (NCQGs) üzərində danışıqlar apararkən, iqlim maliyyəsinin praqmatik gələcəyini formalaşdıra biləcəyimizə ümid edirik.

“Report” xəbər verir ki, bunu Fransanın energetika naziri Olqa Jiverne Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində İqlim və İnkişaf üzrə Nazirlər Görüşündə (C&DM) deyib.

O bildirib ki, Fransa dünyanın ən böyük iqlim donorlarından biridir: “Ölkə hər il azı 6 milyard avro iqlim maliyyəsi təmin edir. Bu resursların üçdə biri uyğunlaşmaya yönəldilir”.

Energetika nazirinin sözlərinə görə, 2022-ci ildə Fransa Yaşıl İqlim Fondu, Uyğunlaşma Fondu və ən az inkişaf etmiş ölkələr Fondu vasitəsilə uyğunlaşma üçün 2,5 milyard avro ayırıb.

Nazir qeyd edib ki, "Uyğunlaşma" adlı xüsusi mexanizm vasitəsilə təmin edilən vəsaitlər ən həssas ölkələrə öz milli uyğunlaşma planlarını hazırlamalarına texniki yardım göstərilməsinə istifadə olunur: “2017-ci ildə işə salındığı vaxtdan bu mexanizm təxminən 700 milyon avro davamlı investisiya cəlb edib”.

O qeyd edib ki, xüsusilə, Fransa Banqladeşlə 1 milyard avro məbləğində adaptasiya paktı barədə razılığa gəlib. Bu da ölkənin milli adaptasiya planına əsaslanır.

"Birlikdə çalışıb uyğunlaşmanı səmərəli şəkildə maliyyələşdirməyin yeganə yolunun yerli ehtiyaclara əsaslanan və mümkün olduqda bioloji müxtəliflik, eləcə də ətraf mühitin çirklənməsi üzrə müsbət faydalar yaradan həllərlə adaptasiyanın hazırlanması olduğunu anladıq. Uyğunlaşma üçün lazım olan investisiyaların miqyası bütün resursların səfərbər edilməsini tələb etdiyinə əmin olduq", - nazir vurğulayıb.

Onun fikrincə, məhz buna görə innovativ maliyyə alətləri və mexanizmləri yaratmaq üçün çoxtərəfli inkişaf banklarına, həmçinin özəl institusional investisiyalara və xeyriyyə fondlarına müraciət etmək lazımdır.

"Bu il Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) üzrə danışıqlar aparırıq. Ümid edirik ki, yerlərdə konkret həllər təmin edəcək praqmatik gələcək iqlim maliyyəsini formalaşdırmaq üçün belə təcrübədən dərs çıxara biləcəyik", - O.Jiverne yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi