Əfqanıstan nümayəndə heyətinin Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı böyük uğur olub.
“Report” “Azad İran”a istinadən xəbər verir ki, bunu Əfqanıstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyinin rəhbəri Matuil Haq Xalis Kabildə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən COP29 konfransında Əfqanıstanın mövcud vəziyyətinin aydın mənzərəsi dünyaya təqdim olunub.
“Taliban” rəsmisi Əfqanıstan nümayəndə heyətinin COP29-da iştirakını böyük uğur kimi qiymətləndirib.
Qeyd edib ki, “Taliban” nümayəndə heyətinin həmin konfransa qatılması Əfqanıstanın iqlim dəyişikliyi baxımından ən həssas ölkələrdən biri kimi tanınması baxımından əhəmiyyətli olub.