BMT-nin xüsusi məruzəçisi: Dövlətlər iqlim dəyişikliyinin mənfi təsirinin qarşısının alınmasına görə məsuliyyət götürməlidir

BMT-nin xüsusi məruzəçisi: Dövlətlər iqlim dəyişikliyinin mənfi təsirinin qarşısının alınmasına görə məsuliyyət götürməlidir İqlim dəyişikliyi insan hüquqlarına mənfi təsir göstərir, dövlətlər bunun qarşısının alınmasına görə məsuliyyət götürməlidir.
COP29
11 Noyabr , 2024 09:41
BMT-nin xüsusi məruzəçisi: Dövlətlər iqlim dəyişikliyinin mənfi təsirinin qarşısının alınmasına görə məsuliyyət götürməlidir

İqlim dəyişikliyi insan hüquqlarına mənfi təsir göstərir, dövlətlər bunun qarşısının alınmasına görə məsuliyyət götürməlidir.

"Report" xəbər verir ki, bunu BMT-nin iqlim dəyişikliyi üzrə xüsusi məruzəçisi Eliza Morgera Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim problemləri, zərərin ödənilməsi və insan hüquqları mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, son araşdırmalar iqlim dəyişikliyinin insanlara nə qədər güclü təsir göstərdiyini və onlardan ən həssas olanların uşaqlar, qadınlar və əlillər olduğunu göstərib.

"ABŞ-nin xüsusi prosedurları üzrə əhəmiyyətli həcmdə sübutlarımız var. Bunlar həmkarlarım tərəfindən toplanıb. Onlar həqiqətən də göstərir ki, iqlim dəyişikliyi insan hüquqlarına və bu sahədə mübarizə tədbirlərinə belə təsirləri təsəvvür etmədiyimiz yerlərdə, o cümlədən gender zorakılığı, müasir köləlik formalarında, insan alveri kontekstində proqnozlaşdırıla bilinən bir şeydir. İnsan hüquqlarına mənfi təsirləri qabaqcadan görmək mümkün olduqda, dövlətlər bunun qarşısını almaq üçün dəqiq bir öhdəlik götürməlidirlər”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi