Bakıda keçirilən COP29 iqlim konfransının altıncı günündə “Global Campaign to Demand Climate Justice” (DCJ) tərəfindən iqlim ədaləti mövzusunda mətbuat konfransı keçirilib.
“Report” xəbər verir ki, tədbir iştirakçıları iqlim dəyişikliyinin Latın Amerikası ölkələri üçün ciddi təsirlərinə diqqət çəkiblər.
Onlar bu regionun ekstremal hava hadisələri, ekosistemlərin pozulması və sosial-iqtisadi qeyri-sabitliyin artması da daxil olmaqla, çoxalan iqlim təhdidlərinə qarşı xüsusilə həssas olduğunu vurğulayıblar.
Müzakirə zamanı ekoloji təşkilatların nümayəndələri, ekspertlər və fəallar qeyd ediblər ki, Latın Amerikası karbon emissiyalarının nisbətən aşağı səviyyədə olmasına baxmayaraq, iqlim dəyişikliyinin qeyri-mütənasib yüksək təsirinə məruz qalır.
FOTO: Məhəmməd Ağayev