COP29 çərçivəsində uşaqlara həsr edilən “Gələcəyə qulaq as” adlı sərgi təşkil edilib

COP29 çərçivəsində uşaqlara həsr edilən “Gələcəyə qulaq as” adlı sərgi təşkil edilib COP29 çərçivəsində Azərbaycan Gənclər və İdman Nazirliyi UNİCEF Azərbaycan ilə birgə Dünya Uşaqlar Günü ilə əlaqədar “Gələcəyə qulaq as” adlı sərgi təşkil edib.
COP29
20 Noyabr , 2024 12:07
COP29 çərçivəsində uşaqlara həsr edilən “Gələcəyə qulaq as” adlı sərgi təşkil edilib

COP29 çərçivəsində Azərbaycan Gənclər və İdman Nazirliyi UNİCEF Azərbaycan ilə birgə Dünya Uşaqlar Günü ilə əlaqədar “Gələcəyə qulaq as” adlı sərgi təşkil edib.

"Report" xəbər verir ki, COP29-un Yaşıl zonasındakı Gənclər Evi pavilyonunda baş tutan sərgidə 20-dən çox ölkədən uşaqların iqlim fəaliyyətinə dair fikir və ideyaları süni intellekt vasitəsilə nümayiş etdirilib.

UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi tərəfindən hazırlanan sərginin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, UNICEF-in Azərbaycandakı nümayəndəsi Dr. Saca Faruq Abdullah və gənc iqlim elçiləri iştirak ediblər.

Nazir Fərid Qayıbov bildirib ki, COP29 çərçivəsində fəaliyyət göstərən Gənclər Evi Yaşıl zonada gənclərin və uşaqların əsl evinə çevrilib.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Dr. Saca Faruq Abdullah vurğulayıb ki, gənclərin dünyanı daha yaxşı bir yerə çevirmək, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün irəli sürdükləri ideyalar və həll yolları nəzərə alınmalıdır:

"Bu gün burada uşaqların iqlimlə bağlı perspektivdən gələcəyi necə təsəvvür etdiklərini göstərən incəsənət əsərlərini görürük. Onların baxışları iqlim fəaliyyətinin mərkəzində olmalıdır".

Son xəbərlər

Orphus sistemi