Bonnda iqlim dəyişikliyi ilə bağlı konfrans öz işinə başlayıb

Bonnda iqlim dəyişikliyi ilə bağlı konfrans öz işinə başlayıb Bu gün Almaniyanın Bonn şəhərində iqlim dəyişikliyi ilə bağlı konfrans öz işinə başlayıb.
COP29
3 İyun , 2024 14:41
Bonnda iqlim dəyişikliyi ilə bağlı konfrans öz işinə başlayıb

Bu gün Almaniyanın Bonn şəhərində iqlim dəyişikliyi ilə bağlı konfrans öz işinə başlayıb.

"Report" xəbər verir ki, iqlim dəyişikliyi ilə bağlı bir sıra məsələlər üzrə müzakirələr 10 gün davam edəcək.

Tədbiri giriş sözü ilə açan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşdirmənin rolunu vurğulayıb:

“Bizim qarşıda görüləcək çox işimiz var. İnsanlar bütün ölkələrin razılaşdığı Paris sazişinin arxitekturası haqqında danışırlar. Hazırlığın tamamlandığını qeyd etmək vacibdir. İndi bizim vəzifəmiz bu mexanizmi tam gücü ilə işə salmaqdır”.

S.Stilin sözlərinə görə, bu maşının hər bir hissəsinin tam gücü ilə və ahənglə işləməsi çox vacibdir, bunun üçün maliyyələşdirmə əhəmiyyətlidir: “İqlim tədbirlərinin maliyyələşdirilməsində ciddi irəliləyiş əldə etməliyik. Bizə daha çox maliyyə lazımdır və iqlim dəyişikliyi ilə bağlı danışıqlar prosesindən kənarda yeni və innovativ maliyyə mənbələri tapmalıyıq. Bundan əlavə, karbon bazarının yaxşılaşdırılması istiqamətində irəliləməliyik. Bu, milli iqlim planlarını qəbul etmək və maliyyələşdirmək üçün daha çox vəsait ayıra bilər”.

Son xəbərlər

Orphus sistemi