Bəhreyn rəsmisi: "Dünyada karbon emissiyalarının idarə edilməsi zəruridir"

Bəhreyn rəsmisi: "Dünyada karbon emissiyalarının idarə edilməsi zəruridir" Dünyada karbon emissiyalarının idarə edilməsi zəruridir.
COP29
15 Noyabr , 2024 17:52
Bəhreyn rəsmisi: Dünyada karbon emissiyalarının idarə edilməsi zəruridir

Dünyada karbon emissiyalarının idarə edilməsi zəruridir.

"Report" xəbər verir ki, bunu Bəhreynin ərtaf mühit və neft naziri Məhəmməd Bin Mubarak Bindaina COP29 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, həm cari karbon ehtiyatı, həm də onun gələcək emissiyaları ilə məşğul olmaq lazımdır.

"Bu sahədə mövcud problemlər karbonun idarə edilməsinin baha olması, bu qiymətin azaldılması üçün vahid tənzimləyici çərçivə və maliyyələşdirmə mexanizminin olmaması, potensialın yaradılması və çatdırılma üçün institusional potensialın olmaması daxildir. Karbon idarəçiliyini sürətləndirmək üçün bizə maliyyələşdirmə strukturu və çərçivəsi lazımdır. Bu, karbon idarəetmə layihələrini dəstəkləmək üçün vacibdir", - deyə qonaq qeyd edib.

Səudiyyə Ərəbistanının energetika nazirinin davamlılıq və iqlim dəyişiklikləri üzrə müavini Xalid Əl-Mahe isə deyib ki, karbonun idarə edilməsi enerji keçid ilə bağlı səylərin mühüm tərkib hissəsidir: "Beynəlxalq əməkdaşlıq iqlim probleminin effektiv həlli üçün çox vacibdir. Bu baxımdan Səudiyyə Ərəbistanı karbonun idarə olunması səylərini dəstəkləmək üçün addımlar atır. Biz qəti inanırıq ki, bu kollektiv səy irəlilədikcə iqlim məqsədlərimizə nail olmaqda mühüm rol oynayacaq.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı karbon idarəçiliyinə böyük üstünlük verir: "Biz bu çərçivədə və COP platformasında iqlim iddialarımıza nail olmaq üçün müəyyənləşdirilmiş hədəflərə sadiqiq".

Son xəbərlər

Orphus sistemi