Bakıda Asiyanın bərpa olunan enerji layihələri üçün investisiya forumu keçiriləcək

Bakıda Asiyanın bərpa olunan enerji layihələri üçün investisiya forumu keçiriləcək Gələn ilin iyun ayında Bakıda ilk dəfə Asiyanın bərpa olunan enerji layihələri üçün investisiya forumu keçiriləcək.
COP29
November 15, 2024 10:54
Bakıda Asiyanın bərpa olunan enerji layihələri üçün investisiya forumu keçiriləcək

Gələn ilin iyun ayında Bakıda ilk dəfə Asiyanın bərpa olunan enerji layihələri üçün investisiya forumu keçiriləcək.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Camera COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sonuncu belə forum Qərbi Afrikada keçirilib və yaxşı nəticələr əldə edilib: "Ümid edirik ki, Bakıda eyni və yaxud daha yaxşı nəticə əldə edə bilərik. COP29-dan sonra Azərbaycanın regionda lider mövqeyinin tanınması vacibdir. Bu, regiona daha çox bərpa olunan enerji gətirmək üçün böyük fürsət yaradacaq. Biz ölkələrlə onların enerji planlaşdırması üzərində işləyəcəyik və sonra bu planları həyata keçirməyə, transformasiya etməyə və layihələr üçün maliyyələşməni asanlaşdırmağa çalışacağıq".

Son xəbərlər

Orphus sistemi