Azərbaycan “Eqmont Qrup” ilə “yaşıl iqtisadiyyat”ı müzakirə edib

Azərbaycan “Eqmont Qrup” ilə “yaşıl iqtisadiyyat”ı müzakirə edib ​​​​​​​COP29 çərçivəsində Azərbaycan və Maliyyə Kəşfiyyatı Orqanlarının ixtisaslaşmış qurumu – “Eqmont Qrup” ilə “yaşıl iqtisadiyyat”ın inkişafı istiqamətində həyata keçirilən tədbirlər müzakirə edilib
COP29
16 Noyabr , 2024 18:39
Azərbaycan “Eqmont Qrup” ilə “yaşıl iqtisadiyyat”ı müzakirə edib

COP29 çərçivəsində Azərbaycan və Maliyyə Kəşfiyyatı Orqanlarının ixtisaslaşmış qurumu – “Eqmont Qrup” ilə “yaşıl iqtisadiyyat”ın inkişafı istiqamətində həyata keçirilən tədbirlər müzakirə edilib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Eqmont Qrup”un icraçı katibi Jerom Byumont arasında keçirilən görüşdə aparılıb.

Müzakirələr zamanı həmçinin fiskal mexanizmlərin dayanıqlı inkişaf üçün faydaları və potensial sahələrdə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə “Eqmont Qrup”un strateji məqsədləri və maliyyə monitorinqi sistemi və prinsipləri barədə məlumat verib. Ölkəmizdə maliyyə monitorinqinin beynəlxalq standartlara uyğun formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində reallaşdırılan tədbirlər diqqətə çatdırılıb, bu istiqamətdə – “Eqmont Qrupu” ilə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətinə toxunulub.

Son xəbərlər

Orphus sistemi