Azərbaycan təkcə neft-qaz ixracatçısı deyil, siyasətini həm də "yaşıl enerji" və "yaşıl iqtisadiyyat"a yönəldən bir ölkədir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyinin sədri Asif Əsgərli Bakıda COP29-a beynəlxalq ictimai dəstək üçün keçirilən “Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan bu gün təkcə "yaşıl enerji" istehsal etmir, həm də onu ixrac etməyə hazırlaşır.
“Azərbaycan Avropaya yaşıl enerji ixrac etməyə hazırlaşır. Hazırda istiləşmə normasının həddən çox olması bu gün üzləşilən əsas problemlərdəndir. Getdikcə karbon qazının artması ətraf-mühitlə bağlı problemlərə yol açır. Ona görə də bu gün hökumət strukturları ilə yanaşı, gənclər təşkilatlarının, QHT-lərin də iqlim mübarizəsində rolu olmalıdır. Bu forum da onların fəaliyyətinin təşviqinə xidmət edir”, - o əlavə edib.