Afrikalı ekspertlər iqlim dəyişikliyi ilə mübarizənin ədalətli maliyyələşdirilməsinə çağırış ediblər

Afrikalı ekspertlər iqlim dəyişikliyi ilə mübarizənin ədalətli maliyyələşdirilməsinə çağırış ediblər Afrikadan olan iqlim ekspertləri noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransında gündəmin əsasını təşkil edəcək maliyyə məsələlərini müzakirə etmək niyyətindədirlər.
COP29
14 Avqust , 2024 16:24
Afrikalı ekspertlər iqlim dəyişikliyi ilə mübarizənin ədalətli maliyyələşdirilməsinə çağırış ediblər

Afrikadan olan iqlim ekspertləri noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransında gündəmin əsasını təşkil edəcək maliyyə məsələlərini müzakirə etmək niyyətindədirlər.

"Report" xəbər verir ki, bu barədə "EnviroNews Nigeria" jurnalı yazır.

Bu gün Keniyanın paytaxtı Nayrobidə iqlim məsələləri üzrə Afrika danışıqçılar qrupunun iclası başlayır. Toplantı avqustun 16-da başa çatacaq.

Tədbir ərəfəsində keçirilən məşvərət görüşündə ekspertlər Afrika ölkələri üçün iqlim maliyyəsinin formalaşdırılması ilə bağlı mühüm məsələləri müzakirə ediblər.

Ekspertlər vurğulayıblar ki, inkişaf etmiş ölkələr artan ehtiyac və prioritetlər, adaptasiya, təsirlərin yumşaldılması, ədalətli enerji keçidinin təmin edilməsi, eləcə də itki və ziyanın ödənilməsi zərurəti nəzərə alınmaqla 2030-cu ilə qədər inkişaf etməkdə olan ölkələrə ən azı 5,9 trilyon ABŞ dolları vəsait ayırmalıdır.

Mütəxəssislər həmçinin inkişaf etmiş ölkələri töhfələr və donorlar haqqında müzakirələrlə builki iqlim danışıqlarını pozmamağa və iqlim fəaliyyətini maliyyələşdirmək üçün Paris Sazişi çərçivəsində öz öhdəliklərinə diqqət yetirməyə çağırıblar.

İqlim üzrə ekspert Samson Mbeve qeyd edib ki, inkişaf etməkdə olan ölkələrin ehtiyacları və prioritetləri nəzərə alınmaqla İqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfi (NCQG) borc alətlərindən imtina etməlidir.

"İnkişaf etməkdə olan ölkələrin əsasən adaptasiya üçün qrantlara ciddi ehtiyacı var, istənilən növ kreditlər daha yüksək dərəcədə güzəşt tələb edəcək, çünki bir çox inkişaf etməkdə olan ölkələr artıq böyük borclarla üz-üzədir, iqlim maliyyəsi vasitəsilə borcların artırılması vəziyyəti daha da ağırlaşdıra bilər. Biz həm də yadda saxlamalıyıq ki, inkişaf etmiş ölkələrin iqlim dəyişikliyindən ən çox zərər çəkənlərə kömək etmək öhdəliyi var. NCQG əlavə maliyyə yükü olmadan qlobal səylərin dəstəklənməsinə yönəlmiş ədalətli və davamlı həllər üzərində cəmləşməlidir, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi