AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb - YENİLƏNİB - 2
- 16 avqust, 2023
- 09:16
AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.
"Report"un məlumatına görə, müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub.
2023/2024 mövsümündən etibarən “Şahdağ Qusar” və “Dinamo” FK II Liqada çıxış edəcək.
Həqiqi hərbi xidmət yaşına çatmış futbolçuların “Dinamo” FK-ya cəlb olunması məsələsinin yoxlanılması və yekun qərarın qəbul olunması Peşəkar Futbol Liqasına və AFFA katibliyinə həvalə olunub.
FİFA-nın “FORWARD” layihəsi çərçivəsində infrastruktur layihələri üçün ayrılan maliyyə vəsaiti AFFA-nın balansında olan stadion və Akademiyalarda təmir və yenidənqurma işlərinə yönləndiriləcək.
10:58
AFFA İcraiyyə Komitəsinin növbəti iclası başa çatıb.
“Report”un məlumatına görə, toplantı qurumun inzibati binasında keçirilib.
10:04
AFFA İcraiyyə Komitəsinin növbəti iclası başlayıb.
“Report”un məlumatına görə, toplantı qurumun inzibati binasında keçirilir.
İclasın gündəliyinə 2023/2024 mövsümündə II Liqada çıxış edəcək komandaların siyahısının təsdiqi və digər məsələlər daxil edilib.