Türkiyəli ekspert: “Azərbaycanlı investorlar xüsusilə bu ayın sonuna qədərki müddəti yaxşı dəyərləndirməlidirlər” - MÜSAHİBƏ

Biznes
  • 24 oktyabr, 2018
  • 10:37
Türkiyəli ekspert: “Azərbaycanlı investorlar xüsusilə bu ayın sonuna qədərki müddəti yaxşı dəyərləndirməlidirlər” - MÜSAHİBƏ

Bakı. 24 oktyabr.REPORT.AZ/ Türkiyənin daşınmaz əmlak bazarı üzrə eksperti Kaan Borucaoğlu“Report”a müsahibə verib:

- Türk lirəsinin məzənnəsininəvvəlki vaxtlarla müqayisədə kəskin aşağı olduğu bir şəraitdə ölkənin daşınmaz əmlakbazarına maraq necədir?

- Türk lirəsi digər xarici valyutalar qarşısındaucuzlaşdıqdan sonra xüsusilə Körfəz ölkələrindən olan investorların Türkiyənindaşınmaz əmlak bazarına tələbatı 2 dəfə artıb. Bu da Türkiyə iqtisadiyyatına müsbət təsir göstərməktədir. İnşaatfirmaları əllərində saxladıqları mənzilləri sürətlə bazara çıxarıb bu fürsətdənyararlanırlar. Çətin iqtisadi dövrdən keçən Türkiyənin dediyim fürsəti dəyərləndirərəkbir qədər nəfəs aldığını desək doğru olar.  Rəsmi statistik göstəricilərə görə, təkcə 2 ayərzində Türkiyənin satılan əmlakdan gəliri, təxminən, 3 mlrd. ABŞ dolları olub.

- Türkiyənin yeniiqtisadi proqramı çərçivəsində bir sıra işlərin görülməsi, o cümlədən sənədləşdirməninsürətləndirilməsi nəzərdə tutulurdu. İlkin addımlaratılıbmı?

- İlk öncə Türkiyəhökuməti bu kritik şəraitdə böyük addım ataraq, xarici ölkə vətəndaşlarına vətəndaşlıqverilməsi və milli pasportun alınması üçün daşınmaz əmlak bazarına investisiyaqoyulması tələbini 1 mln. dollardan 250 min dollara endirdi. Artıq xaricilərTürkiyədə əmlak sahibi olmaqla qısa müddətdə vətəndaşlıq da ala bilirlər. Bunu iqtisadiyyatın canlandırılması üçün böyük bir addım kimi qiymətləndirirəm. Sənədləşdirməyə gəlincəisə bu məsələ olduqca asandır.  Yəni bunun üçün əlavə bir yeniliyə ehtiyac duyulduğunu düşünmürəm.

- Azərbaycan vətəndaşları Türkiyənindaşınmaz əmlak bazarında nə dərəcədə fəaldırlar?

- Düşünürəm ki, bu dövr azərbaycanlı investorlar üçün böyük üstünlük və onlar bunu dəyərləndirirlər.Manatın türk lirəsi qarşısında bahalaşması təbii ki, Türkiyədə əmlak sahibiolmaq istəyən azərbaycanlıların sayını artırdı. Əvvəllər 350 min lirə dəyərindəev almaq istəyən Azərbaycan vətəndaşı 175 min manat ödəyirdisə, indi həmin evi100  min manata ala bilər. Düşünürəm ki,onlar bu fürsəti yaxşı dəyərləndirməlidilər, çünki iqtisadi dalğalanmalaruzunmüddətli olmur. Bundan bir ay sonra türk lirəsi əvvəlki dəyərini qazandıqdabu şanslar olmayacaq. Xüsusilə övladları Türkiyədə təhsil alan azərbaycanlı ailələrbu fürsətdən yararlana bilərlər. Onlar Türkiyədə ev sahibi olaraq övladlarınıntələbə yataqxanalarında deyil, öz evlərində yaşamalarına şərait yarada bilərlər.Firmalar müxtəlif kampanyalar təklif edirlər ki, bunlar da kreditlə də ev almaqşansları yaradır. 24-36 ay ərzində üzərinə faiz qoyulmadan satılan evlər var. Qiymətlərəgəlincə isə, Türkiyədə lirənin dəyərdən düşməsindən əvvəl də evlərdə ucuzlaşmavar idi. Bu proses bu müddətdə daha da sürətləndi. Bununla yanaşı, satışlarıntürk lirəsi ilə həyata keçirilməsi də böyük üstümlükdür. Sadəcə Türkiyədədeyil, dünyada yaşanan iqtisadi dalğalanma Türkiyənin əmlak bazarında ucuzlaşmayaşərait yaratdı. Ancaq düşünürəm ki, bu ilin sonunda qiymətlər 15-20% artacaq. Azərbaycanlıinvestorlar xüsusilə bu ayın sonuna qədərki müddəti yaxşı dəyərləndirməlidirlər.

Son 2 ayda olan göstəricilərsatışların daha da artdığını göstərir. Bu da onu deməyə əsas verir ki, xarici ölkə vətəndaşları ilin sonundan sonra qiymətlərdə artımın olacağının fərqindədilər.2018-ci il mənzil satışında İstanbul 15 262 mənzil və 14,5% artımla ən yüksəkpaya sahib oldu. Növbəti yerlərdə  9 291mənzil satışı və 8,8%-lik artımla Ankara, 5 064 mənzil satışı və 4,8%-likartımla İzmir qərarlaşıb.

- İndiki şəraitdə ev almaq istəyənlər, yoxsa evini satmaq istəyənlər çoxdur?

- Hazırda Türkiyədənev almaq dövrüdür. Təbii ki, almaq istəyənlər çoxdur. Lirənin dəyərdən düşməsiilə yanaşı, evlərin ucuzlaşması da, burada əsas rol oynamaqdadır.

Vüsalə Abbasova

Son xəbərlər

Bütün Xəbər Lenti