"Azərbaycanla Hollandiya arasında ticari-iqtisadi əlaqələr uğurla inkişaf edir və tərəflər əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır".
"Report" xəbər verir ki, bunu Hollandiyanın Azərbaycandakı səfiri Onno Kervers ölkəsinin milli bayramı - Kral Gününə həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, Hollandiya iqtisadi-ticarət əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq Azərbaycanla
"Əvvəllər iqtisadi əlaqələrimizin əsas göstəriciləri neft-qaz sənayesi idi. İndi isə Azərbaycan iqtisadiyyatını diversifikasiya etdikdən sonra diqqəti kənd təsərrüfatı sektoruna yönəltmişik. Bildiyiniz kimi, Hollandiya kənd təsərrüfatı məhsullarının ixracında dünayda ABŞ-dan sonra ikinci yeri tutur. Bu sahədəki təcrübəmizi Azərbaycan tərəfi ilə bölüşməyə hazırıq", - səfir vurğulayıb.
Diplomat həmçinin deyib ki, bu ilin iyun ayında Hollandiyanın ticarət missiyasının Bakıya gələcəyi gözlənilir.