Elman Babayev Dövlət Gömrük Komitəsindəki vəzifəsindən azad edilib

Elman Babayev Dövlət Gömrük Komitəsindəki vəzifəsindən azad edilib Əməkdar jurnalist Elman Babayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən azad edilib.
Biznes
12 İyun , 2019 16:13
Elman Babayev Dövlət Gömrük Komitəsindəki vəzifəsindən azad edilib

Əməkdar jurnalist Elman Babayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən azad edilib. 

“Report”un məlumatına görə, o, işdən öz istəyi ilə çıxıb. 

Xatırladaq ki, ötən ayın əvvəlində E.Babayev Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin inspektoru vəzifəsinə gətirilmişdi. 

DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov xəbəri "Report"a təsdiqləyib.

Qeyd edək ki, E.Babayev 2001-2008-ci illərdə “Kaspi” qəzetində və “Trend” İnformasiya Agentliyində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib. 2008-2012-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri, 2012-2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini, 2014-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrində işləyib. 

Ölkə Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi