"Azərbaycan ilə Rusiya arasındakı əməkdaşlıq ildən-ilə inkişaf edir".
Bunu "Report"un Rusiya bürosuna Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.
Onun sözlərinə görə, son illərdə iki ölkə arasında bütün sahələrdə - iqtisadiyyat, siyasət, mədəniyyət sahələrində intensivləşmə müşahidə olunur. "Azərbaycanın Birinci vitse-prezidenti
"Azərbaycan Rusiyanın etibarlı, deyərdim ki, yeganə etibarlı tərəfdaşıdır", - D.Savelyev qeyd edib.
Turizm sektorundakı əməkdaşlıq barədə danışan deputat bildirib ki, bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə yardım edən çox vacib sahədir: "Axı nə qədər çox rusiyalı Azərbaycana səfər etsə, bir o qədər çox rusiyalı oranı sevəcək. Belə bir rus deyimi var: "Yeddi dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır".