"Biz istəyirik ki, ən azı Azərbaycanın bir startapı beynəlxalq arenaya çıxsın və tanınsın".
"Report" xəbər verir ki, bunu Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İngiltərənin Newcastle Universiteti ilə birgə həyata keçirilən “Creative Spark” ("Yaradıcı Qığılcım") layihəsinin “Big İDEA” adlı ideya və fikir yarışının ilkin mərhələsində iştirak şansı qazanan startapçılarla görüşdə deyib.
Məlumata görə, ümumilikdə müsabiqəyə 50-dən artıq layihə təqdim olunub və onlardan bir qismi “İdeation” və “Boot Camp”-a qatılmaq şansı qazanıblar. Britaniya Şurasının (British Council) təşəbbüsü ilə tələbə və gənc startapçılar arasında həyata keçirilən yarışmanın qaliblərini öz ideyalarını həyata keçirmək üçün 25 min funt sterlinqə qədər pul mükafatı, Birləşmiş Krallığa səfərlər və professional biznes dəstəyi gözləyir.
Müsabiqədə İİTKM-in