Bakı. 2 yanvar. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 63 652 min ABŞ dolları dəyərində 43 262 ton ət və qida üçün yararlı ət əlavələri idxal olunub.
“Report”un
Beləliklə, 2018-ci ilin ilk on bir ayı ərzində ət idxalı ölkənin ümumi idxalının cəmi 0,62%-ni əhatə edib.
Komitənin məlumatına əsasən, bu müddətdə ölkədən 1 029 min dollar dəyərində ət və qida üçün yararlı ət əlavələrinin ixracı həyata keçirilib. Bu isə ölkə üzrə cəmi ixracın 0,01%-ni təşkil edib.
Bundan başqa, rəsmi məlumata əsasən, hesabat dövründə ölkəyə 51 945 min dollar dəyərində diri heyvan idxal olunub, ixrac isə bu müddətdə cəmi 386 min dollar təşkil edib.