Azərbaycan şərabları Bordo şərab muzeyində sərgilənir

Biznes
  • 22 oktyabr, 2018
  • 09:05
Azərbaycan şərabları Bordo şərab muzeyində sərgilənir

Bakı. 22 oktyabr.REPORT.AZ/ Oktyabrın 19-da Fransanın Bordo şəhərində LaCité du Vin şərab muzeyi ilə AZPROMO arasında Azərbaycan şərablarının bu muzeydəsərgilənməsinə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan şərabları3  il müddətində La Cité du Vin şərab muzeyində nümayiş olunacaq.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumata görə, oktyabrın 21-dən Fransanın paytaxtı Parisdə“Sial Paris” sərgisi işə başlayıb. Oktyabrın 25-nə qədər davam edəcək sərgidə İqtisadiyyatNazirliyinin və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi, Azərbaycandaİxracın və İnvestisiyaların Təşviqi Fondunun  (AZPROMO) təşkilatçılığı iləqida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineralsular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay və digər məhsulların istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti öz məhsullarını“Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edir. 

Sərgi çərçivəsində Azərbaycan şirkətlərininnümayəndələri Fransada fəaliyyət göstərən kənd təsərrüfatı və yeyinti sənayesiməhsullarının satışı ilə məşğul olan distributorlarla görüşəcək, Fransa şirkətləriilə ixrac məsələlərinə dair müzakirələr aparacaq.