ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) aqrar sahədə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (USAİD) ilə əməkdaşlığa hazırdır.
"Report" xəbər verir ki, bunu USAID-in Azərbaycan üzrə missiyas;nın rəhbəri Maykl Nirbas bildirib.
O, bu barədə Bakıda keçirilən “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda konfransda danışıb.
"Azərbaycanda kənd təsərrüfatı çox böyük potensialı olan sahədir, bu sahədə KOBİA ilə əməkdaşlığa hazırıq. Aqrar sahədə çoxlu iş yerləri açıla bilər. Bunun üçün kiçik və orta biznesin maliyyələşdirilməsi çox mühümdür. Bugünkü tədbir isə kiçik və orta müəssisələrin nümayəndələrinin maliyyə imkanlarına çıxışla bağlı məlumat əldə etməsi baxımından çox vacibdir", - deyə o qeyd edib.