Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 28 % azalıb
- 29 aprel, 2024
- 12:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Türkiyədə Azərbaycan kapitallı 50 yeni şirkət yaradılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,5 % azdır.
“Report” bu barədə "Türkiyə Odalar və Birjalar Birliyi"nə (TOBB) istinadən xəbər verir.
Məlumata görə, yanvar-mart aylarında yaradılmış şirkətlərin 10-u (illik müqayisədə 16,7 % az) səhmdar cəmiyyət (SC), 40-ı isə (29,8 % az) məhdud məsuliyyətli cəmiyyət (MMC) olub.
Hesabat dövründə yaradılmış şirkətlərin ümumi kapitalı 41 milyon türk lirəsi (1,23 milyon ABŞ dolları) olub ki, bu da 1 il əvvələ nisbətən 46,4 % azdır. Bunun 69,5 %-ni və yaxud 28 milyon 513 min türk lirəsini (855,4 min ABŞ dolları; 2,5 dəfə az) sırf Azərbaycan vətəndaşları təmin edib.
Təkcə martda isə Azərbaycan vətəndaşları Türkiyədə 15 şirkət (illik müqayisədə 42,3 % az) yaradıb. Yeni şirkətlərin 1-i SC (6 dəfə az), 14-ü MMC (30 % az) olub.
Ümumi kapitalı 11,35 milyon türk lirəsi (340,5 min ABŞ dolları; 4,1 dəfə az) olan ortaq şirkətlərin kapitalının 94,8 %-i və yaxud 10,758 milyon türk lirəsi (322,7 min ABŞ dolları; 4 dəfə az) azərbaycanlılara məxsus olub.
1 türk lirəsi = 0,03 ABŞ dolları