Səfir: "Pakistan şirkətlərinin Qarabağın bərpasına yatırımları üçün böyük potensial var"

Səfir: "Pakistan şirkətlərinin Qarabağın bərpasına yatırımları üçün böyük potensial var" İqtisadi Əməkdaşlıq Palatasının açılması Qarabağda investisiya potensialının nəhəng olduğuna dair məlumatı pakistanlı biznesmenlərə də çatdırmaq işində faydalı olacaq
Biznes
114
7 İyul , 2021 11:19
Səfir: Pakistan şirkətlərinin Qarabağın bərpasına yatırımları üçün böyük potensial var
Bilal Haye

"Pakistan şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpasına yatırımlar etməsi üçün böyük potensial var".

"Report" xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimat mərasimində jurnalistlərə deyib.

Onun sözlərinə görə, Pakistan şirkətləri Qarabağda bərpa işləri üzrə investisiya layihələrinə yatırım edən ilk şirkətlər arasında olmaq istəyir.

"Ümid edirik ki, İqtisadi Əməkdaşlıq Palatasının açılması Qarabağda investisiya potensialının nəhəng olduğuna dair məlumatı pakistanlı biznesmenlərə də çatdırmaq işində faydalı olacaq", - diplomat əlavə edib.

Səfir həmçinin qeyd edib ki, yaxın günlərdə Şuşaya gedəcək və orada olan investisiya potensialı barədə pakistanlı iş adamlarını məlumatlandıracaq.

Son xəbərlər

Orphus sistemi