Səfir: "İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 35 %-ni qida sənayesi təşkil edir"

Səfir: "İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 35 %-ni qida sənayesi təşkil edir" İtaliya ilə Azərbaycan arasında ümumi ticarət dövriyyəsində ərzaq məhsullarının payı bu gün 35 %-i ötür.
Biznes
16 Aprel , 2024 12:57
Səfir: İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 35 %-ni qida sənayesi təşkil edir

İtaliya ilə Azərbaycan arasında ümumi ticarət dövriyyəsində ərzaq məhsullarının payı bu gün 35 %-i ötür.

“Report” xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri İtaliya Ticarət Agentliyinin 2024-cü ilin yaz-yay üçün planlaşdırdığı tədbirlərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu göstərici İtaliyanın Azərbaycandakı səfirliyi və İtaliya Ticarət Agentliyi tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyindən xəbər verir:

“İtalyanlar üçün qida sənayesi həm də zəngin mədəniyyətlərini nümayiş etdirmək üçün bir fürsətdir. Biz dünyanın müxtəlif ölkələrində insanları mədəniyyətimizlə tanış etmək üçün tədbirlər keçiririk. Azərbaycan və İtaliya mədəniyyətinin oxşar cəhətləri çoxdur və biz qida sənayesi sahəsində əməkdaşlığımızın getdikcə daha da güclənməsini istəyirik”.

Son xəbərlər

Orphus sistemi