Səfir: "Aİ ölkələrinin şirkətləri Azərbaycanda biznesin cəlbediciliyi baxımından müsbət siqnallar alır"

Biznes
  • 05 iyun, 2018
  • 06:50
Səfir: Aİ ölkələrinin şirkətləri Azərbaycanda biznesin cəlbediciliyi baxımından müsbət siqnallar alır
Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas
Report/ Elshan Baba

Bakı. 5 iyun. REPORT.AZ/ "Bugünkü biznes forumda iştirakçıların sayının çox olması münasibətlərimizin keyfiyyətini göstərir".

"Report" xəbər verir ki, bunu Azərbaycan-Avropa İttifaqı biznes forumunda Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Aİ-nin Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu qeyd edən K.Yankauskas bu il Avropa İttifaqı ölkələrinin şirkətlərinin Azərbaycanda biznesin cəlbediciliyi baxımından müsbət siqnallar aldığını söyləyib: "Azərbaycanın iqtisadiyyatı bərpa olunur, Aİ-də həmçinin bazar bərpa olunur".

K.Yankauskas Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərini xatırladıb, həmçinin ikitərəfli münasibətlərdə gələcəyə müsbət gözlə baxmağa imkan verən "Şərq Tərəfdaşlığı" sammitinin uğurunu qeyd edib.