İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının qərarına əsasən, vəsaitlərin səmərəli yerləşdirilməsi məqsədilə 2022-ci il üçün iqtisadiyyatın sahələri üzrə prioritet istiqamətlər və layihələrin qiymətləndirilməsi zamanı üstünlük veriləcək meyarlar təsdiq edilib.
“Report” xəbər verir ki, bunu Fondun sədri vəzifəsini icra edən Osman Xaliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə bildirib.
"Meyarlara əsasən, qeyri-neft sektorunun inkişafı üzrə innovativ texnologiyalara əsaslanan, idxal əvəzləyici və ixracyönümlü istehsal və emal müəssisələrinin yaradılması, ətraf mühit, sosial, korporativ idarəetmə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan, mikro, kiçik və orta sahibkarlığın inkişafına, habelə işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən biznes layihələrinin dəstəklənməsi nəzərdə tutulur", - deyə o, qeyd edib.