Selçuk Akat: "Qarabağın inkişafını biznes deyil, vəzifə olaraq görməliyik”

Selçuk Akat: "Qarabağın inkişafını biznes deyil, vəzifə olaraq görməliyik” Bunu Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının rəhbəri Selçuk Akat deyib
Biznes
9 Fevral , 2021 17:12
Selçuk Akat: Qarabağın inkişafını biznes deyil, vəzifə olaraq görməliyik”

“Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi hazırda 4,5 milyard ABŞ dolları civarındadır. Dövlət başçılarının hədəfi bu rəqəmi 15 milyard ABŞ dollarına çatdırmaqdır.”

“Report” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunu Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının rəhbəri Selçuk Akat deyib.

Onun sözlərinə görə, hədəfin 1/3-nə yaxınlaşmışıq. Gələcək dövrdə Qarabağdakı investisiya potensialı ilə birlikdə hədəfə çataçağımızı, hətta keçəcəyimizi düşünürəm. Hədəfə çatdıqdan sonra, mümkün azalmaların qarşısını almaq üçün iki ölkə arasında Sərbəst Ticarət Sazişinin (FTA) həyata keçirilməsi lazımdır.

O bildirib ki, Azərbaycanla əməkdaşlıq edən qurum və təşkilatlarla əlaqələri davam etdiririk, ancaq pandemiya səbəbi ilə onlayn görüşlər təşkil edilir.

Azərbaycanın təxminən 50 milyard ABŞ dollarlıq bir iqtisadiyyatı olduğunu söyləyən S.Akatbildirib ki, Azərbaycanın 10 milyona yaxın əhalisi var: "Azərbaycanın bir neçə milyard dollarlıq xarici borcu var. Buna hətta siyasi xarici borc da deyə bilərik. Çünki borc almağa çox da ehtiyyacı olmayan bir ölkədir. Neft fondundakı aktivləri ilə Azərbaycan güclü və dayanıqlı bir iqtisadiyyatdır, neft qiymətləri də Azərbaycanın lehinə irəliləyir. Azərbaycan nefti keyfiyyətinə görə digər neft markalarının (Brent, WTI) qiymətlərindən biraz baha satılır”.

“Azərbaycan, demək olar ki, bütün infrastruktur investisiyalarını başa çatdırıb. 1991-ci ildən sonra infrastrukturunu yenilədi. Son illərdə Azərbaycanda yeni və böyük bir layihə yoxdur. Ancaq Qarabağ zəfəri ilə birlikdə yeni dövr başladı. Qarabağın ən qısa zamanda Azərbaycanın digər bölgələrinin inkişaf səviyyəsinə çatması üçün böyük invetisiya qoyuluşu planlaşdırılır.

Türk inşaat şirkətləri olaraq Qarabağda işləmək bizim borcumuzdur. Qarabağın inkişafı üçün türk şirkətlərinin işləməsini biznes deyil, bir vəzifə olaraq görməliyik”, - S.Akat bildirib.

Son xəbərlər

Orphus sistemi