“Rosselxoznadzor” Azərbaycana taxta-şalban ixracına nəzarət edib

“Rosselxoznadzor” Azərbaycana taxta-şalban ixracına nəzarət edib Bu ilin əvvəlindən Rusiyanın Kurqan vilayətindən Azərbaycana və digər 6 ölkəyə, ümumilikdə 277,8 min kubmetr həcmində 6 325 partiya iynəyarpaqlı taxta-şalban və 10,6 min ədəd meyvə və meşə bitkiləri tingindən ibarət 37 partiya ixrac edilib.
Biznes
8 Noyabr , 2024 14:51
“Rosselxoznadzor” Azərbaycana taxta-şalban ixracına nəzarət edib

Bu ilin əvvəlindən Rusiyanın Kurqan vilayətindən Azərbaycana və digər 6 ölkəyə, ümumilikdə 277,8 min kubmetr həcmində 6 325 partiya iynəyarpaqlı taxta-şalban və 10,6 min ədəd meyvə və meşə bitkiləri tingindən ibarət 37 partiya ixrac edilib.

Bu barədə “Report” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən məlumat yayıb.

Karantin tələblərinə uyğun məhsulların alıcıları Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Əfqanıstanın hüquqi şəxsləri və fərdi sahibkarları olub.

Bu il yanvarın 9-dan oktyabrın 31-dək “Rosselxoznadzor” Ural Regional İdarəsinin mütəxəssisləri Kurqan vilayətindən 6 336 partiya iynəyarpaqlı taxta-şalban və 40 partiya meyvə və meşə bitkiləri tinginin ixracına nəzarət ediblər. Kurqan vilayətində karantin fitosanitar zonaların mövcudluğu səbəbindən ixrac olunan bütün partiyalardan nümunələr götürülüb.

“Taxıl Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzi”nin Kurqan filialının rəylərinə əsasən, ixrac və ölkənin digər regionlarına daşınması nəzərdə tutulan bitki məhsullarında heç bir karantin obyekti aşkarlanmayıb.

Laboratoriya rəylərinə uyğun olaraq “Rosselxoznadzor” rəsmiləri tərəfindən ixrac məhsullarının bütün partiyaları üçün karantin sertifikatları rəsmiləşdirilib və təyinat yerlərinə göndərilməsi təmin olunub.

Son xəbərlər

Orphus sistemi