"Caspian Pharmed" QSC ləğv olunduğunu elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 92 A, 2023-cü məhəllə ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Caspian Pharmed" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 668 min manatdır. Şirkətin səhmlərinin 49%-i İranın TPİCO şirkətinə, 26%-i "Azərsun Holdinq" MMC-yə, 25%-i isə İqtisadiyyat Nazirliyi yanında "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə məxsusdur. Pirallahı Sənaye Parkının rezidenti olan kommersiya qurumu Almaniya (Glatt, BauschStroebel, L.B.Boehle), İtaliya (Marchesini, Korsch) şirkətlərinin texnologiyaları əsasında ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, anti-histamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal etməli idi.