Ötən ay Bakıda torpaq və tikinti materialları ucuzlaşıb

Biznes
  • 15 mart, 2022
  • 08:03
Ötən ay Bakıda torpaq və tikinti materialları ucuzlaşıb

Bu ilin fevral ayında Bakıda torpaq (orta qiymət, manat/sot) yanvar ayına nisbətən 3,52 %, son 1 ildə isə 14,22 % ucuzlaşıb.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

"Daşınmaz əmlak bazarının digər bir seqmenti olan tikinti materialları bazarında isə ötən ay qiymətlər 0,21 % azalıb, il ərzində isə 32,48 % artıb. Daş məmulatlarının qiymətində ay ərzində 0,88 %, il ərzində 5,56 % artım, taxta məmulatlarının qiymətində ay ərzində 3,43 % azalma, il ərzində 31,43 % artım, qumun qiymətində ay ərzində 3,73 % azalma, il ərzində 18,18 % artım olub. Ay ərzində dəmir məmulatları, dam örtükləri və sementin qiyməti isə dəyişməyib", - deyə o, qeyd edib.

44 filmi