Orxan Məmmədov: "Səudiyyə Ərəbistanında açılacaq Ticarət Evi məhsullarımıza marağı təşviq edəcək"

Orxan Məmmədov: "Səudiyyə Ərəbistanında açılacaq Ticarət Evi məhsullarımıza marağı təşviq edəcək" Azərbaycanın Səudiyyə Ərəbistanında açmağı planlaşdırdığı Ticarət Evi Azərbaycan məhsullarına marağı təşviq edəcək.
Biznes
1 Oktyabr , 2024 17:25
Orxan Məmmədov: Səudiyyə Ərəbistanında açılacaq Ticarət Evi məhsullarımıza marağı təşviq edəcək

Azərbaycanın Səudiyyə Ərəbistanında açmağı planlaşdırdığı Ticarət Evi Azərbaycan məhsullarına marağı təşviq edəcək.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasənın Bakıda keçirilən 5-ci iclasında bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Səudiyyə Ərəbistanı bazarında Azərbaycan məhsullarının tanıdılması ilə bağlı müxtəlif təşəbbüslər üzərində çalışır:"Bu təşəbbüslərdən biri də Azərbaycan Ticarət Evinin yaradılmasıdır. Bu sahədə Səudiyyəli həmkarlarımızla müvafiq müzakirələr aparılır".

"Bu gün burada müxtəlif sektorları təmsil edən iş adamları var. Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə Biznes Şurası 2022-ci ilin dekabrında Birgə Hökumətlərarası Komissiyanın iclası çərçivəsində yaradılıb. Şura üzvlərinin Azərbaycanla əyani tanışlığı isə ötən il mədəniyyət beşiyimiz olan Şuşa şəhərindən başlayıb. Şuşada həmin zaman keçirdiyimiz Şuranın 2-ci iclasında işğaldan azad olunmuş ərazilərin potensialı, biznes və sərmayə qoyuluşu üçün imkanları tanıdılıb. Bu ilin aprel ayında isə Ər-Riyada keçirdiyimiz məhsuldar görüşlərdən sonra bu gün Şuranın 5-ci iclasını keçirməkdən məmnunluq duyuruq. İndiyə qədər Ər-Riyad və Şuşada keçirilmiş 4 uğurlu iclasda əldə olunmuş mühüm məlumatlar və imkanlar bizim üçün dəyərli təcrübə olub", - deyə O.Məmmədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi