Ömər Bolat: “Türkiyə və Azərbaycan regionda güclü ittifaqı təmsil edir”

Ömər Bolat: “Türkiyə və Azərbaycan regionda güclü ittifaqı təmsil edir” Bu fikirləri Türkiyənin Ticarət naziri Ömər Bolat “Report”un Ankara bürosuna açıqlamasında bildirib
Biznes
6 Sentyabr , 2024 14:37
Ömər Bolat: “Türkiyə və Azərbaycan regionda güclü ittifaqı təmsil edir”

Türkiyə və Azərbaycan regionda güclü ittifaqı təmsil edir.

Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.

Nazir deyib ki, Türkiyə ilə Azərbaycan arasında iqtisadi sahədə də həyata keçirilən geniş miqyaslı layihələr regional əməkdaşlığı şaxələndirməklə yanaşı, bölgənin mənzərəsini müsbət yöndə dəyişir: “Ortaq layihələrimiz, ortaq investisiyalarımız var. Türk iş adamlarının Azərbaycanda yatırımları artır. Azərbaycan şirkətlərinin də Türkiyədə çox önəmli və strateji investisiyaları var. Hökumətlərimiz arasında yenilənmiş Preferensial Ticarət Sazişi mövcuddur və azad ticarət anlaşmasını genişlənmə nöqtəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşlərimiz olur. Bu kimi fəaliyyətlər də regional əlaqələrimizin inkişafına öz töhfəsini verir”.

Nazir ölkələr arasında əlaqələrin hər sahədə inkişaf etdiyini vurğulayaraq, bu inkişafda ölkə liderlərinin səmimi dostluq və qardaşlıq münasibətlərinin də böyük təsiri olduğunu qeyd edib: “Azərbaycanı çox sevirik. “Bir millət, iki dövlət” deyimini əsas tutaraq, iki dövlət liderlərinin qatqısı ilə əlaqələrimiz siyasi, hərbi, müdafiə sənayesi, mədəniyyət, sosial və digər sahələrdə mükəmməl səviyyədədir. İqtisadi əlaqələrimiz hər il daha da yüksək səviyyəyə qalxır. Ona görə də Türkiyə-Azərbaycanla bağlı tək bir cümlə söyləyəcək olsam, yalnız bunu deyə bilərəm ki, əlaqələrimiz hər sahədə mükəmməldir və bu münasibət hər keçən gün daha da yüksəlir”.

Son xəbərlər

Orphus sistemi