Erol Yarar: "Dünyanın 31 ölkəsindən iş adamlarını Azərbaycana gətirəcəyik"

Erol Yarar: "Dünyanın 31 ölkəsindən iş adamlarını Azərbaycana gətirəcəyik" "Təkcə Türkiyənin 43 şəhərindən deyil, dünyanın 31 ölkəsindən iş adamlarını Azərbaycana gətirəcəyik".
Biznes
13 Noyabr , 2021 11:24
Erol Yarar: Dünyanın 31 ölkəsindən iş adamlarını Azərbaycana gətirəcəyik

"Təkcə Türkiyənin 43 şəhərindən deyil, dünyanın 31 ölkəsindən iş adamlarını Azərbaycana gətirəcəyik".

"Report" xəbər verir ki, bunu noyabrın 14-17-si tarixlərində Bakıda təşkil olunacaq 25-ci Beynəlxalq Biznes Forum çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən IFB-nin prezidenti və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) qurucu rəhbəri Erol Yarar deyib.

E.Yararın sözlərinə görə, Forum çərçivəsində B2B görüşləri də keçiriləcək:

"Bir müddət əvvəl Azərbaycan və Türkiyə prezidentləri mühüm bir sənədə imza atdılar və orada bildirdilər ki, biz bu sənədi imzaladıq indi iş adamlarının öhdəsinə bunu reallaşdırmaq düşür. Biz də məhz bu tədbirdən 3 gün sonra iş adamlarını yığıb Azərbaycana gəldik. İnanırıq ki, bu forum da iş adamlarımızın qarşılıqlı fəaliyyətinə dəstək verəcək".

Son xəbərlər

Orphus sistemi