KOBİA: "Post-pandemiya dövründə biznesin inkişafı üçün yeni imkanlar yaradılacaq"

KOBİA: "Post-pandemiya dövründə biznesin inkişafı üçün yeni imkanlar yaradılacaq" 2022-2026-cı illəri əhatə edəcək yeni sosial-iqtisadi inkişaf strategiyası post-pandemiya dövründə bizneslərin daha da inkişafı baxımından yeni imkanlar yaradacaq.
Biznes
25 Aprel , 2022 12:44
KOBİA: Post-pandemiya dövründə biznesin inkişafı üçün yeni imkanlar yaradılacaq
Orxan Məmmədov

2022-2026-cı illəri əhatə edəcək yeni sosial-iqtisadi inkişaf strategiyası post-pandemiya dövründə bizneslərin daha da inkişafı baxımından yeni imkanlar yaradacaq.

“Report” xəbər verir ki, bunu “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda çıxış edən KOBİA-nın sədri Orxan Məmmədov sahibkarların üzləşdikləri çətinliklər haqqında danışarkən bildirib.

"COVID-19 pandemiyası, 44 günlük Vətən Müharibəsi təbii ki, sahibkarların fəaliyyətinə müəyyən qədər mənfi təsir göstərib. Dövlət ölkə başçısının tapşırığı ilə bu çətin dövrdə sahibkarların yanında durdu, onlara öz əlini uzatdı. Bunun üçün adekvat iqtisadi dəstək paketləri formalaşdı və sahibkarlara təqdim olundu", - O. Məmmədov qeyd edib.

O vurğulayıb ki, Azərbaycan hökuməti pandemiyanın neqativ təsirlərinin minimallaşdırılması və iqtisadi artımın stimullaşdırılması üçün kompleks tədbirlər həyata keçirdi və bu tədbirlər hələ də davam etməkdədir:

“Məhz məqsədyönlü fəaliyyətin nəticəsi olaraq ötən il mikrosahibkarlıq subyektlərinin ümumi dövriyyəsi üzrə 31 %, kiçik sahibkarlıq üzrə 79 %, orta sahibkarlıq üzrə isə 139 % artım qeydə alınıb”.

Son xəbərlər

Orphus sistemi