KOB-ların dövlət satınalmalarındakı iştirakı genişləndirilir

KOB-ların dövlət satınalmalarındakı iştirakı genişləndirilir Satın almalar açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçiriləcək
Biznes
5 May , 2021 09:57
KOB-ların dövlət satınalmalarındakı iştirakı genişləndirilir

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.

“Report”un xəbərinə görə, dəyişikliklə satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsi ilə keçiriləcək.

Qeyd edək ki, daha əvvəl 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı açıq tender üsulu ilə keçirilirdi.

Bundan başqa, qanunun 50-2.1.3-cü maddəsinə edilən dəyişikliklə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təkcə tenderlərin deyil, digər satınalma prosedurlarının da (kotirovka, təkliflər sorğusu) haqqının ödənilməsi həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi