ITC-nin icraçı direktoru: "Azərbaycan KOB-ların COP prosesində iştirakı üçün mühüm addımlar atıb" - EKSKLÜZİV

ITC-nin icraçı direktoru: "Azərbaycan KOB-ların COP prosesində iştirakı üçün mühüm addımlar atıb" - EKSKLÜZİV Azərbaycan “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” ilə kiçik və orta biznesin (KOB) COP proseslərinə qoşulmasında mühüm addım atdı.
Biznes
13 Noyabr , 2024 13:10
ITC-nin icraçı direktoru: Azərbaycan KOB-ların COP prosesində iştirakı üçün mühüm addımlar atıb - EKSKLÜZİV

Azərbaycan “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” ilə kiçik və orta biznesin (KOB) COP proseslərinə qoşulmasında mühüm addım atdı.

Bunu "Report"a açıqlamasında BMT-nin Beynəlxalq Ticarət Mərkəzinin (ITC) icraçı direktor Pamela Rozmari Kok-Hamilton (Pamela Rosemarie Coke-Hamilton) deyib.

O bildirib ki, daha əvvəlki COP-larda iştirak zamanı KOB-ların bu prosesdən kənarda qaldığı müşahidə edilirdi: "Böyük şirkətlər, ölkələr və QHT-lərin səsini eşidib, dinləyirdik, lakin KOB-lar yox idi. Buna görə də ITC qərara gəldi ki, COP müzakirələrində KOB-ların da maraqları səsləndirilsin. Bu çox mühüm məsələdir".

İcraçı direktor qeyd edib ki, COP29-da Azərbaycan hökuməti Bakı Koalisiyası Bəyannaməsi təklif edərək uzaqgörən addım atıb: "Düşünürəm ki, bu bəyannamə KOB-ların COP-da gələcək müzakirələrə daxil edilməsində mühüm rol oynayacaq. Artıq KOB-lar da bu dialoqun mühüm hissəsinə çevriləcək. Onu da əlavə edim ki, KOB-lar dünya üzrə bütün bizneslərin 90 %-ni təşkil edir. Onlar istixana qazları emissiyalarının 40 -60 %-i, enerji istehlakının isə 13 %-i KOB-ların payına düşür. Buna görə də, KOB-lara diqqət etməmək yalnış addım olardı".

Son xəbərlər

Orphus sistemi