İran Azərbaycana paltaryuyan maşınları ixracını 35 dəfədən çox artırıb

Biznes
  • 11 may, 2022
  • 10:16
İran Azərbaycana paltaryuyan maşınları ixracını 35 dəfədən çox artırıb

2022-ci ilin ilk iki ayı ərzində Azərbaycan xaricdən 4,96 milyon ABŞ dolları dəyərində 22 min 960 ədəd paltaryuyan maşın (tutumu 10 kq quru paltardan çox olmayan) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 3,4 % artıb, kəmiyyət olaraq – 3,4 % azalıb.

Hesabat dövründə Rusiyadan 3,37 milyon ABŞ dolları dəyərində 12 min 440 ədəd, Çindən 565,37 min ABŞ dolları dəyərində 3 min 635 ədəd, Türkiyədən 359,19 min ABŞ dolları dəyərində 1 min 551 ədəd, Polşadan 251,32 min ABŞ dolları dəyərində 798 ədəd, İrandan 126,93 min ABŞ dolları dəyərində 3 min 773 ədəd avadanlıq gətirilib.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 5,3 % artıb və 1,3 % azalıb, Çindən – 34,1 % və 19,6 % azalıb, Türkiyədən – 6,6 % və 26,5 % azalıb, Polşadan – 2,7 dəfə və 2,6 dəfə artıb, İrandan – 67 dəfə və 36 dəfə artıb.

44 filmi