IFC rəsmisi: "Cənubi Qafqazda ESG sahəsi ilə bir sıra ümumi çağırışlar var"

IFC rəsmisi: "Cənubi Qafqazda ESG sahəsi ilə bir sıra ümumi çağırışlar var" Cənubi Qafqaz regionunda Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) sahəsi ilə bir sıra ümumi çağırışlar var.
Biznes
6 Noyabr , 2024 12:55
IFC rəsmisi: Cənubi Qafqazda ESG sahəsi ilə bir sıra ümumi çağırışlar var

Cənubi Qafqaz regionunda Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) sahəsi ilə bir sıra ümumi çağırışlar var.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) ESG üzrə regional eksperti Boris Janjalia Bakıda keçirilən, "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş konfransda bildirib.

"Bu çağırışlar ilk növbədə ESG-nin çox vaxt əlavə yük və tələb kimi qəbul edilməsi ilə bağlıdır. Lakin ESG həm də yeni imkanlar deməkdir", - o qeyd edib.

IFC rəsmisinin sözlərinə görə, 2-ci vacib çağırış regionun iqtisadiyyatında əsas rol oynayan kiçik və orta bizneslə (KOB) bağlıdır: "KOB-lar Cənubi Qafqaz ölkələrinin milli iqtisadiyyatlarına əhəmiyyətli töhfə verir. Buna görə də səyləri ESG-yə keçidin dəstəklənməsinə yönəltmək vacibdir. Doğrudur, sərt tənzimləmə tələblərinin tətbiqi biznes üçün zərərli ola bilər. Odur ki, KOB-lar üçün mərhələli, addım-addım yanaşma zəruridir. Bu, könüllü tədbirlərlə başlamalı, şirkətlər hazır olduqdan sonra tədricən daha sərt tələblərə keçmək lazımdır".

Son xəbərlər

Orphus sistemi