Gürcüstanın Azərbaycandan mis idxalına çəkdiyi xərci 3 dəfə artıb

Biznes
  • 21 may, 2024
  • 12:21
Gürcüstanın Azərbaycandan mis idxalına çəkdiyi xərci 3 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 510 min ABŞ dolları dəyərində mis və mis məmulatları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 3 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana mis və mis məmulatları tədarük edən ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 11,5 milyon ABŞ dolları dəyərində mis və mis məmulatları alıb ki, bu da bir il əvvəlki göstəricidən 2 % azdır.

Bu ilin ilk 4 ayında Gürcüstan Özbəkistandan 7,78 milyon ABŞ dolları dəyərində, Türkiyədən 980 min ABŞ dolları dəyərində, Çindən 434 min ABŞ dolları dəyərində, Ermənistandan 391 min ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 37,7 milyon ABŞ dolları dəyərində mis və mis məmulatları alıb ki, bunun da 1,9 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti