Gürcüstan Azərbaycandan şəkər idxalına çəkdiyi xərci kəskin azaldıb

Gürcüstan Azərbaycandan şəkər idxalına çəkdiyi xərci kəskin azaldıb Bu ilin ilk 3 ayında Gürcüstan Azərbaycandan 171 min ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları idxal edib.
Biznes
27 Aprel , 2024 13:05
Gürcüstan Azərbaycandan şəkər idxalına çəkdiyi xərci kəskin azaldıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 171 min ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 90 % azdır.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 19 milyon ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları alıb ki, bu da bir il əvvəlki göstəricidən 20 % azdır. O cümlədən Fransadan 4,3 milyon ABŞ dolları, Türkiyədən 3,3 milyon ABŞ dolları, Rusiyadan 3 milyon ABŞ dolları, Niderlanddan 2,1 milyon ABŞ dolları, Ukraynadan isə 1,61 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 140 milyon ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları idxal edib ki, bunun da 3,4 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Son xəbərlər

Orphus sistemi