Gürcüstan Azərbaycandan keramika alışına çəkdiyi xərci 4 dəfə artırıb
- 21 fevral, 2024
- 10:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 17,1 min ABŞ dolları dəyərində keramika məhsulları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 4 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 8,4 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bu da bir il əvvəlki göstəricidən 21 % azdır.
Ötən ay Gürcüstan İspaniyadan 1,9 milyon ABŞ dolları, İrandan 1,8 milyon ABŞ dolları, Çindən 1,5 milyon ABŞ dolları, Türkiyədən 1,28 milyon ABŞ dolları, İtaliyadan 640 min ABŞ dolları dəyərində məhsul alıb.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 128 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bunun da 89 min ABŞ dolları Azərbaycanın payına düşüb.