“Gəmiqaya Holdinq”in 12 şirkəti nizamnamə kapitalını azaldır

Biznes
  • 20 sentyabr, 2022
  • 07:27
“Gəmiqaya Holdinq”in 12 şirkəti nizamnamə kapitalını azaldır

“Gəmiqaya Holdinq” MMC-yə məxsus “Gəmiqaya Satış Mərkəzi”, “Gəmiqaya Kərpic Kompleksi”, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi”, “Gəmiqaya Sənaye Kompleksi”, “Gəmiqaya Mebel Fabriki”, “Gəmiqaya Ət Məhsulları”, “Gəmiqaya Şərab İstehsalı”, “Gəmiqaya Beton Məmulatları Kompleksi”, “Gəmiqaya Tikinti Materialları İstehsalat Kompleksi”, “Gəmiqaya Holdinq Şirkətlər İttifaqının Bərəkət Bazarlama”, “Gəmiqaya Plastmas Kapsul və Qapaq” və “Gəmiqaya Qida Məhsulları” MMC-lər nizamnamə kapitallarını azaltdıqlarını elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi, 5 ünvanına bildirə bilərlər.

Şirkətlərin kapitallarındakı dəyişiklik aşağıdakı kimi olacaq:

№

Şirkətin adı

Mövcud nizamnamə kapitalı

Azalma tempi

Yeni nizamnamə kapitalı

1

“Gəmiqaya Satış Mərkəzi”

100 manat

40%

60 manat

2

“Gəmiqaya Kərpic Kompleksi”

100 manat

40%

60 manat

3

“Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi”

200 manat

40%

120 manat

4

“Gəmiqaya Sənaye Kompleksi”

200 manat

50%

100 manat

5

“Gəmiqaya Mebel Fabrikası”

200 manat

50%

100 manat

6

“Gəmiqaya Ət Məhsulları”

100 manat

40%

60 manat

7

“Gəmiqaya Şərab İstehsalı”

100 manat

40%

60 manat

8

“Gəmiqaya Beton Məmulatları Kompleksi”

100 manat

40%

60 manat

9

“Gəmiqaya Tikinti Materialları İstehsalat Kompleksi”

100 manat

40%

60 manat

10

“Gəmiqaya Holdinq Şirkətlər İttifaqının Bərəkət Bazarlama”

200 manat

40%

120 manat

11

“Gəmiqaya Plastmas Kapsul və Qapaq”

200 manat

0%

120 manat

12

“Gəmiqaya Qida Məhsulları”

89 158 manat

40 %

53 494 manat