Finlandiya Azərbaycana kondisioner ixracını bərpa edib
- 04 iyul, 2022
- 05:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 4 ayı ərzində Azərbaycana 17,515 milyon ABŞ dolları dəyərində 52 min 333 ədəd kondisioner gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 79 %, kəmiyyət olaraq – 48 % çoxdur.
Hesabat dövründə Çindən 12,344 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 83,9 % artıb) 38 min 770 ədəd (+54,5 %), Tailanddan 3,456 milyon ABŞ dolları dəyərində (+5,2 dəfə) 7 min 701 ədəd (+3,7 dəfə), Özbəkistandan 1,399 milyon ABŞ dolları dəyərində (-3 %) 5 min 399 ədəd (-23,5 %), Böyük Britaniyadan 108,28 min ABŞ dolları dəyərində (-72 %) 251 ədəd (+13,6 %), Yaponiyadan 82,63 min ABŞ dolları dəyərində (-45,4 %) 82 ədəd (-37,3 %) məhsul alınıb.
Bir il 5 aylıq fasilənin ardından Finlandiyadan tədarük bərpa edilib. Bu ölkədən 15,24 min ABŞ dolları dəyərində 15 ədəd kondisioner alınıb.