Xocalı rayonunun Əsgəran qəsəbəsində yeni layihənin icrasına başlanılıb.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, nazirliyə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Star Mining" MMC-nin birgə təsis etdiyi "Shahbulag Mining" MMC daha bir layihənin icrasına başlayıb: "İllik istehsal gücü 60 000 ton olan "AzCement" sement zavodunda 70 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Zavod işğaldan azad edilmiş ərazilərin infrastrukturunun və sənaye potensialının gücləndirilməsinə, regionun iqtisadi inkişafına töhfə verəcək".
Xocalı rayonu Əsgəran qəsəbəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (@AIC_OJSC) həmtəsisçisi olduğu "Shahbulag Mining" MMC daha bir layihənin icrasına başladı. İllik istehsal gücü 60.000 ton olan "AzCement" sement zavodunda 70 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub.… pic.twitter.com/9FQNl3vFTV