Əsas tədarük bazarımız olan Ukraynadan dondurulmuş mal əti idxalı martda 6 dəfə azalıb
- 16 may, 2022
- 11:44
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 2,81 milyon ABŞ dolları dəyərində 608,11 ton dondurulmuş iribuynuzlu heyvan əti gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 49,7 %, kəmiyyət olaraq – 2,5 dəfə azdır.
Hesabat dövründə Ukraynadan 1,93 milyon ABŞ dolları dəyərində 405 ton, Hindistandan 356,43 min ABŞ dolları dəyərində 111,98 ton, Braziliyadan 315,12 min ABŞ dolları dəyərində 78,01 ton, Rusiyadan 152,08 min ABŞ dolları dəyərində 10,09 ton, Argentinadan 20,64 min ABŞ dolları dəyərində 0,89 ton məhsul alınıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Ukraynadan tədarük müvafiq olaraq 2,2 dəfə və 2,7 dəfə azalıb, Hindistandan – 3 dəfə və 3,5 dəfə azalıb, Braziliyadan – 2,6 dəfə və 3,4 dəfə artıb, Rusiyadan – 4,2 dəfə və 3,2 dəfə artıb. Ötən ilin ilk 3 ayı ərzində Argentinadan dondurulmuş mal əti alınmayıb.
Qeyd edək ki, 2021-ci il ərzində Azərbaycanın xaricdən (13 ölkə) aldığı 4,45 min ton dondurulmuş mal ətinin 80 %-i Ukraynanın, 14 %-i Hindistanın payına düşüb. Bu ilin martında Ukraynadan 20 ton dondurulmuş mal əti alınıb ki, bu da əvvəlki ayla müqayisədə 6 dəfə azdır.