“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus, Bakının Nizami rayonunun Heydər Əliyev prospektində yerləşən “ASK Arena” (keçmiş “Şəfa” və “İnter Arena”) stadionunun mülkiyyətçisi dəyişib.
“Report” bu barədə Korporasiyaya istinadən xəbər verir.
Məlumata görə, stadionun idarə edilməsi səlahiyyəti “ASK İdman Kompleksi” MMC-dən alınaraq “ASK Əmlak” MMC-yə verilib. 2018-ci ildə 100 manat nizamnamə kapitalı ilə yaradılmış bu şirkətə Həsən Arzuman oğlu Həsənov rəhbərlik edir.
Xatırladaq ki, “ASK Arena” stadionunu 2000-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) inşa etdirib, 3 il bundan əvvəl isə obyekt ASK-nın balansına verilib. Kompleksdən futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Keşlə Peşəkar Futbol Klubu" MMC ev oyunları meydançası kimi istifadə edir.