Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri oktyabrda 124 vətəndaşı qəbul edib

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri oktyabrda 124 vətəndaşı qəbul edib Bu ilin oktyabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri ümumilikdə 124, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 5 vətəndaşı qəbul edib.
Biznes
25 Noyabr , 2024 11:13
Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri oktyabrda 124 vətəndaşı qəbul edib

Bu ilin oktyabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri ümumilikdə 124, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 5 vətəndaşı qəbul edib.

"Report" quruma istinadən xəbər verir ki, qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Bundan başqa, ötən ay vergi orqanlarına ümumilikdə 53 381 müraciət daxil olub ki, onların 96,3 %-ni ərizələr, 3,6 %-ni şikayətlər, 0,1 %-ni isə müxtəlif təkliflər təşkil edib.

Daxil olmuş müraciətlərdən 84,5 %-nin baxılması oktyabrda başa çatdırılıb, 15,5 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 44,2 %-i həll olunub, 54,6 %-i barədə müvafiq izahatlar verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.

Oktyabrda daxil olmuş şikayətlərin faktiki sayı 1 482 olub. Həll edilmiş şikayətlərin 60,5 %-i kameral vergi yoxlamaları, 4 %-i vergi ödəyicisinin qeydiyyatı, 3,3 %-i sosial sığorta ödənişləri, 3,3 %-i vergi borcu, 2,3 %-i ƏDV depozit hesabı, 2 %-i artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması və əvəzləşdirilməsi, 2 %-i riskli vergi ödəyicisi hesab edilməməsi, 22,6 %-i isə digər məsələlərlə bağlı olub.

Son xəbərlər

Orphus sistemi